Rayonumuzda kümçülüklə məşğul olanlardan biri də hal-hazırda Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış Xocalı rayon Meşəli kənd sakini Mahir Nurməmmədovdur. Mahir Nurməmmədov bu işdə əvvəllər təcrübəsi olmasa da, rayonumuzda baramaçılığın inkişafına öz töhfəsini verir. Kümçü Mahirin zəhmətsevərliyi, bacarığı nümunəvidir. 70 kq barama istehsal etməyi qarşısına məqsəd qoyan Mahir verdiyi sözü artırlaması ilə yerinə yetirmişdir.Qeyd edək ki, Mahir Nurməmədov 2019-cu ildə Azərbaycanda barama istehsalında yüksək məhsuldarlığa görə Kənd Təsərrüfatı naziri İman Kərimov tərəfindən Təşəkkürnamə ilə təltif edilib.